Rəsmi şəxslərlə görüşlər nəzərdə tutulur. Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Bakıya gəlir.
Aİ-dəki mənbənin verdiyi məlumata görə, o, fevralın 29-da Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının 2-ci Nazirlər toplantısına qatılacaq.
Səfər çərçivəsində F.Mogerininin rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulur.
Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç də Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının 2-ci Nazirlər toplantısında iştirak etmək üçün Azərbaycana səfər edəcək. (APA)