“İqtisadi böhran uzun çəkəcək”

bohranRusiyanın maliyyə naziri Anton Siluanov, ölkədə baş verən iqtisadi böhranın əvvəlki böhranlardan fərqli olduğunu bildirərək, “İqtisadiyyatdakı bu çətin şərtlər altında uzun müddət yaşamağa hazırlaşmağımız lazımdır” deyib.

Siluanov, Rusiyanın yaşadığı iqtisadi böhranın, 1998 və 2008 böhranlarından fərqli olduğunu, baş verən böhranın uzun dövrlü olacağını bildirib.

Siluanov builki büdcə xərcləri üzərində daha sərt nəzarət tətbiq olunacağını da vurğulayıb.

Rusiya İqtisadiyyat naziri Aleksey Ulyukaev də, daha əvvəl verdiyi açıqlamada, hökumətin bu il iqtisadiyyatı dəstəkləmək məqsədilə görəcəyi tədbirlərin təxminən 12 milyard dollara çata biləcəyini ifadə etmişdi.

2016-cı ildə də iqtisadiyyatda mənfi göstəricilərin davam edəcəyi səbəbilə yeni bir fəaliyyət planı hazırlayan hökumət, ölkədə real sektoru yenidən canlandırmağı hədəfləyir.

 

(marja)