Fidel Kastronun böyük qardaşı vəfat edib

kastroFidel və Raul Kastronun böyük qardaşı Ramon Kastro 92 yaşında vəfat edib. Bu barədə fevralın 24-də Kuba televiziyası məlumat yayıb. Ramon Kastro keçmiş prezident və Kuba inqilabının lideri Fidel Kastro və indiki prezident Raul Castronun qardaşıdır.

Kuba televiziyasının məlumatına görə, Ramon Kastro adanın şərqindəki kiçik Birane qəsəbəsində dəfn ediləcək. Kastro qardaşları məhz bu şəhərcikdə doğulublar.

Ramon Kastro, Fidel və Raulun rəhbərlik etdiyi inqilabı dəstəkləsə də əlinə silah götürməyib. O valideyinlərinə kömək etmək üçün fermada qalıb.

Partizan hərəkatı hələ başlanmazdan, Ramon Havana Universitetinin aqrotexnika fakultəsini bitirib.

Batista rejiminin devrilməsi və inqilab liderlərinin hakimiyyətə gəlməsindən sonra Ramon Castro kənd təsərrüfatı üzrə hökumətin müşaviri olub.

O ömrünün son illərini Havana ətrafındakı tənha fermada keçirib. (azadliq.org)