Bank Respublika 4 filialını bağladı

bank reytinq“Bank Respublika” fevralın 1-dən ölkənin regionlarındakı 4 filialını bağlayıb.

Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, söhbət Astara, Goranboy, İmişli və Göyçay rayonlarında yerləşən filiallardan gedir. Martın 1-dən isə bank Şəmkirdəki filialının fəaliyyətini dayandıracaq.

Filialların bağlanması “Bank Respublika”nın xərclərin optimallaşdırılması siyasəti çərçivəsində həyata keçirilir.