Azərbaycan OPEC-dən dəvət almayıb

opekAzərbaycan OPEK-in üzv ölkələrinin və kartelə daxil olmayan neft istehsalçılarının mümkün görüşünə hələ dəvət almayıb. Bunu Azərbayca Energetika Nazirliyindən deyiblər.

Nazirlikdən bildiriblər ki, əgər belə dəvət daxil olsa, Azərbaycan ona baxmağa hazırdır.

Xatırladaq ki, Venesuelanın neft naziri Euloxio del Pino daha əvvəl bildirmişdi ki, OPEK-in üzv ölkələri və kartelə daxil olmayan istehsalçı ölkələrin görüşü martın ortalarında keçirilə bilər.

 

(trend)