ABŞ Kremli yeni sanksiyalarla hədələdi

abs-ag evAtəşkəs pozulsa, Vaşinqton suriyalı müxaliflərə dəstəyini artıracaq

Birləşmiş Ştatlar Rusiyanı yeni sanksiyalarla hədələyib. Obama administrasiyasından bildiriblər ki, Suriyada atəşkəs rejiminə dair sazişin pozulacağı təqdirdə Rusiyaya qarşı iqtisadi sanksiyalar sərtləşəcək. Bu barədə “Wall Street Journal” qəzeti ABŞ Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Biz həmişə bəyan etmişik ki, Rusiyanın sözünə yox, əməlinə baxırıq. Bu yanaşma Suriyadakı atəşkəs üçün də keçərlidir. Münaqişənin faciəvi tarixini nəzərə alsaq, ehtiyat planlar hazırlamalı olmuşuq. Hər şey aydın olmalıdır. Bizim fəaliyyətimiz Rusiyanın əleyhinə yönəlməyib. Lakin Vaşinqton Kremlin Bəşər Əsəd rejiminə dəstəyinə qarşıdır. Əgər bu xətt dəyişməsə, Rusiya özünü pis vəziyyətə salmış olacaq”, – deyə mənbə qəzetə açıqlamasında bildirib.

Vaşinqton vəd verdi

ABŞ Rusiyanın atəşkəs sazişini ÿpozacağı təqdirdə, daha hansı addımları atacağını da açıqlayıb. Vaşinqton bu halda suriyalı müxaliflərə dəstəyini genişləndirəcəyini, onların aviatexnika və canlı qüvvə ilə təmin edəcəyini bildirib.

Xatırladaq ÿki,ÿ Suriyada ÿatəşkəsinÿ elanÿ edilməsinə ÿdairÿ razılıq ÿəldə ÿolunub. Atəşkəslə ÿbağlıÿ Rusiyaÿ və ÿABŞ ÿarasında sazişÿ layihəsiÿ imzalanıb.

Suriya hökuməti və əsas müxalif qruplar ABŞ-Rusiya sülh planını qəbul edib və şənbə günündən atəşkəsə əməl olunmasına razılıq verib. Hökumətin bildirdiyinə görə, plana uyğun olaraq döyüşlər dayandırılacaq. Lakin müxalifət bildirib ki, atəşkəsi yalnız dinc sakinlərə qarşı mühasirə və hücumların dayandırılması şərtilə qəbul edir. O da qeyd olunub ki, razılıq Suriyadakı iki böyük cihadçı qruplaşmaya – IŞID-ə vəƏl-Qaidə”nin bir qolu olan “Ən-Nüsra Cəbhəsi”nə aid edilməyəcək.

The Guardian” qəzeti ABŞ dövlət katibi Con Kerriyə istinadən yazır ki, sülh danışıqları baş tutmasa, “B planı” işə düşəcək. Bu isə Suriyanın bütöv dövlət kimi sonu deməkdir. Dövlət katibinin sözlərinə görə, Moskva ilə birlikdə əldə olunmuş atəşkəs razılaşması pozularsa, Vaşinqton Suriyanın parçalanması planını dəstəkləyəcək.

Suriya parçalana bilər

BBC-nin məlumatına görə, Kerri həmçinin etiraf edib ki, Rusiya tərəfindən dəstəklənən qüvvələr Hələbi zəbt edə bilər. Bununla belə, Suriyanın bütövlüyünü qoruyub saxlamaq çətin olacaq: “Bugünlərdə Cenevrədə Rusiya və başqa dünya güclərinin nümayəndələri ilə görüşəcək və ötən bazar ertəsi əldə olunmuş atəşkəs razılaşmasının detallarını müzakirə edəcəyik. Atəşkəs razılaşması şənbə günü qüvvəyə minməlidir.ÿHələlik həm Bəşər Əsədin hökumət qüvvələri, həm də müxalifətin Ali Danışıqlar Şurası atəşkəs razılaşmasına əməl edəcəklərinə söz veriblər”.

Kerri xatırladıb ki, hərbi əməliyyatların dayandırılması barədə ABŞ və Rusiya prezidentləri arasında əldə olunmuş razılaşmaya IŞID, “Ən-Nüsra Cəbhəsi” və BMT Təhlükəszilik Şurasının qətnaməsində terrorçu adlandırılmış dəstələr daxil deyildir.

The Guardian” yazır ki, ABŞ və Rusiya tərəfindən dəstəklənməli olan atəşkəsin baş tutacağına dair ciddi şübhələr var. Çünki Suriyada qanuni müxalifət və hökumət qüvvələri ən müxtəlif qruplaşmalarla müttəfiqlik əlaqələrinə giriblər.

Əsəd getməsə, ölkə bölünəcək”

Kerry düşünür ki, Suriyanın hissələrə ayrılması müəyyən mərhələdə münaqişənin həlli ola bilər: “Ola bilsin ki, Suriyanı bütöv ölkə kimi saxlamaq artıq gecdir”.

The Guardian” yazır ki, ABŞ dövlət katibi Suriyanın parçalanması söhbətini ilk dəfədir dilə gətirir: “Kerri deyir ki, Əsəd özü bir sıra real qərarlar qəbul etməli olacaq. Onun sözlərinə görə, bir neçə aydan sonra Əsədin kompromisə həqiqətən də hazır olub-olmadığı bəlli olacaq. Söhbət, bütün azlıqları qorumağa və öz liderini seçməyə qadir olan Suriyanın bərqərar edilməsindən gedir. Dövlət katibinin sözlərinə görə, Əsəd bu mənada hakimiyyətdə qala bilməz. Çünki son dörd ildə ona qarşı döyüşənlər Əsədi ölkə başçısı kimi qəbul etməyəcəklər”.

Rusiyanın atəşkəs məsələsində nə dərəcədə ciddi olduğu barədə suala cavab verərkən Kerry deyib ki, hər şey bir neçə gün ərzində məlum olacaq: “Rusiya son günlərdə əməkdaşlığa başlayıb və artıq 80 min suriyalıya humanitar yardım çatdırılıb”.

Suriya hökuməti bəyan edib ki, müxalif qruplar atəşkəsdən öz döyüş möbvqelərinin möhkəmləndirmək üçün istifadə etməməlidirlər. Əks halda bu, atəşkəs şərtlərinin pozulması kimi qiymətləndiriləcək.

Məqalədə deyilir ki, ABŞ və Rusiyanın atəşkəs barədə birgə bəyanatı yalnız iki tərəf münaqişədə əsas oyunçular olaraq kimləri qəbul etdiklərini bildirdikdən sonra veriləcək. Burada söhbət Suriya hökumətindən, Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən müxalif qruplaşmalardan və kürdlərdən gedir.

Şübhələr var

The Guardian” xatırladır ki, Suriya hökumət qoşunlarının Hələb istiqamətindəki uğurlarını Rusiyanın intensiv bombardmanı təmin edib.

Sonda müəllif bildirir ki, atəşkəsin davamlı olacağına şübhələr var. Çünki qruplaşmaların nəzarətində olan ərazilərin xəritələnməsi və bu qruplardan hansının “Ən-Nüsra Cəbhəsi” ilə nə dərəcədə bağlı olması müəyyən edilməlidir.

Suriya hökuməti israr edir ki, ölkənin xarici sərhədləri bağlanmalı və silahlı qruplaşmaların xaricdən dəstəklənməsinə son qoyulmalıdır. Əsəd israr edir ki, Türkiyə həm mötədil müxalifət qruplarını, həm də IŞID-i dəstəkləyir.