Dövlət hakimiyyətini belə gülünc günə salmazlar

kerimli-amerikaninsesiBunlar bu prinsipsizliyə siyasət, diplomatiya deyirlər, öz aləmlərində beləcə hamını aldadırlar

Dövlət hakimiyyətini belə gülünc günə salmazlar. Kiminlə görüşürlərsə, deyirlər ki, sizinlə bir yerdəyik. İlham Əliyev Tehranda deyib ki, Suriya məsələsində İranla eyni mövqedəyik. Bir neçə gün öncə də Londonda Qərbin Suriya ilə bağlı formalaşdırdığı koalisiyada iştirak etmişdi. Kimin şübhəsi var ki, İlham Əliyev Ərdoğanla görüş zamanı “Suriya məsələsində Türkiyə ilə eyni mövqedəyik”, Obama ilə görüş zamanı da “Suriya məsələsində ABŞ-la eyni mövqedəyik” deməyəcək? Putinlə görüşdə nə deyəcək, onu da hamınız bilirsiniz. Bunlar bu prinsipsizliyə siyasət, diplomatiya deyirlər, öz aləmlərində beləcə hamını aldadırlar. Amma onu başa düşümürlər ki, indi dünyanı idarə edənlər avam adamlar deyil. Hamını aldatmaq istəyənlərin aqibəti isə hər zaman hamı tərəfindən tərk edilmək, tənhalıq olur.