Həbsdə olan jurnalist Xədicə İsmayılova barəsində hökmdən verilən kassasiya şikayəti icraata verilib.
Bu barədə vəkil Yalçın İmanov öz “Facebook” səhifəsində bildirib. Vəkilin sözlərinə görə, kassasiya şikayəti Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatına verilib. Kassasiya şikayəti üzrə məhkəmənin keçiriləcəyi tarix məlum deyil.