Türkiyədə daha 3 əsgər şəhid olub

turkiye terrorBu gün Türkiyədə daha 3 əsgər şəhid olub.

Bu barədə Türkiyənin Baş Qərargahından verilmiş açıqlamada qeyd olunub.

Məlumatda bildirilib ki, bu gün PKK terrorçularına qarşı keçirilmiş əməliyyatlar zamanı 3 əsgər şəhid olub, biri isə yaralanıb.

Əsgərlərdən biri Şırnakda, digərləri isə Diyarbəkirdə şəhid olub.

 

(apa)