Suriyada atəşkəsin başlama tarixi dəqiqləşdi

suriya-herbiSuriyada atəşkəs haqqında saziş fevralın 27-də qüvvəyə minəcək.

Bu barədə məlumatı Qətərin «Əl-Cəzirə» telekanalı verib. Telekanal isə öz növbəsində Rusiya ilə ABŞ arasında razılaşdırılmış sənədi əsas gətirir.

«Rusiya-Amerika sazişində qeyd olunur ki, Suriyada atəşkəs rejimi fevralın 27-si gecə yarısı qüvvəyə minir», – agentlik belə xəbər verir.

Qeyd olunur ki, hərbi fəaliyyət tamamilə dayandırılmayacaq. Atəşkəs haqqında saziş İŞİD və «Əl-Qaidə»nin Suriya filialı olan «Cebhat-ən-Nüsra» terror təşkilatlarına şamil olunmur. (Virtualaz.org)