ABŞ-da prezidentliyə namizəd uğrunda Respublikaçılar və Demokratlar partiyalarında ilkin seçkilər öz gərginliyi ilə davam edir.
Ötən gün Respublikaçılar Cənubi Karolina ştatında, Demokratlar isə Nevada ştatında ilkin seçkiləri davam etdiriblər.
Cənubi Karolinada praymerizin qalibi Donald Trump olub. İkinci və üçüncü yerləri Ted Kruz və Marko Rubio tutublar. Buş ailəsinin ABŞ prezidenti olan üçüncü nümayəndəsi kimi tarixə düşmək istəyən Ceb Buş isə yarışdan çıxmalı olub. Cənubi Karolinadakı praymerizdə ilk üçlükdən kənarda qalan Ceb Buş 118 milyon dollarlıq kampaniya vəsaitinin 95 milyon dollarını xərcləyəndən sonra yarışı dayandırıb.
Demokratların yarışında isə Hillari Klinton rəqibi senator Bernie Sandersə qalib gəlib.
Bu nəticələr martın 1-də onlarla ştatda eyni vaxtda keçiriləcək praymeriz öncəsi əhəmiyyətli sayılır.