Rusiyanın müdafiə naziri Sergey Şoyqu fevralın 21-də İrana rəsmi səfər edib. RİA “Novosti” agentliyinin verdiyi məlumata görə, S. Şoyqu səfər çərçivəsində İran prezidenti və müdafiə naziri ilə görüşəcək.
Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin fevralın 20-də verdiyi açıqlamasında İranın əlavə S-300 zenit-raket kompleksləri almaqda maraqlı olduğunu bildirmişdi.
Ötən ilin noyabrında Rusiya və İran S-300 zenit-raket komplekslərinin satışına dair müqavilə imzalayıb (lent.az).