erdogan-obama-2013may

Obama-Ərdoğan danışığının detalları bilindi

erdogan-obama-2013mayABŞ Prezidenti Barak Obama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında fevralın 19-da 1 saat 20 dəqiqə davam edən telefon söhbətinin pərdəarxası detalları bəlli olub.
“Hürriyət” qəzetinin diplomatik mənbələrdə əldə etdiyi məlumata görə, Obama söhbət zamanı Suriyadakı əsas hədəflərinin İŞİD-lə mübarizə olduğunu bildirib. Ərdoğan isə Rusiyanın əməliyyatları nəticəsində müxalifətin İŞİD-lə mübarizəsinin zəiflədiyini deyib.
“Bu barədə Putinlə telefonda danışdım. Putinə açıq şəkildə dedim ki, müxaliflərə qarşı əməliyyatları dayandırın”, – Obama cavab verib.
Obama həmçinin türk ordusunun YPG-yə qarşı top atəşlərini dayandırmasını istəyib.
“YPG və Əsəd ordusu birgə hərəkət edir. Hədəfləri İŞİD-lə mübarizə deyil. Əgər Azez şəhəri işğal olunarsa, Türkiyə ciddi köç və təhlükəsizlik problemi ilə qarşılaşacaq. Əsəd, Rusiya və YPG Münhendə əldə edilən razılaşmaya riayət edərsə, top atəşləri də dayanacaq”, – Ərdoğan cavab verib.
Qeyd edək ki, fevralın 12-də Münhen Təhlükəsizlik Konfransında bir həftə ərzində Suriyada hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunub (axar.az).