İlham Əliyevin Tehran səfərinin vaxtı açıqlandı

ilhamaliyev-shekide1Azərbaycan prezidenti İlham Əliyevin Tehrana nəzərdə tutulan rəsmi səfərinin vaxtı açıqlanıb.

Səfər fevralın 23-də baş tutacaq. Bu haqda İranın informasiya-telekommunikasiya naziri Mahmud Vaezinin Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə Tehrandakı görüşü zamanı açıqlanıb.

“Azərbaycan prezidenti İlham Əliyev İrana geniş tərkibli nümayəndə heyəti ilə çərşənbə axşamı gələcək”-nazir bildirib. Vaezinin sözlərinə görə səfər zamanı Azərbaycanla İran arasında bir sıra sahələrdə əməkdaşlığa dair 10-dan çox sənəd imzalanacaq. (Virtualaz.org)