ABŞ-ın Miçiqan ştatının Kalamzu dairəsində yoldan keçənlərə atəş açılıb.
Avtomobildən açılan atəş nəticəsində altı nəfər ölüb, üç nəfər yaralanıb.
Yaralılardan ikisinin vəziyyəti ağırdır.
“Görünür, kimsə öz avtomobili ilə hərəkət edə-edə sadəcə qarşısına çıxanlara atəş açıb”, – deyə polisdən bildirilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs tutulub. Onun avtomobilindən silah tapılıb.
(apa)