Ölkənin əksər iş yerlərində əcnəbilər çalışır

ixtisarOnların yerini soydaşlarımıza verməyin vaxtı çatmayıb?

Hazırda Azərbaycanda 28 min 215 nəfər əmək miqrantı var. Dövlət Sosial Müdafiə Fondunun yaydığı məlumata görə, fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı ötən illə müqayisədə 347 nəfər artıb.

Məlumatda həmçinin bildirilir ki, Azərbaycana iş arxasınca gələnlər türklər, ruslar və gürcülərdir. Belə ki, Türkiyədən 13 min 431, Gürcüstandan 3 min 37, Rusiyadan isə min 718 nəfər iş dalınca Azərbaycana gəlib. Miqrasiya edənlərin 87 faizi (24 min 780 nəfər) kişilərdir. Ümumilikdə Azərbaycanda 118 ölkədən olan əcnəbilər çalışırlar.

Görəsən, hazırkı iqtisadi durumda, işsiziyin artması fonunda əcnəbilərin yerini yerli vətəndaşlara vermək zamanı gəlib çatmayıbmı?

Iqtisadçı ekspertlər hesab edir ki, bazar iqqtisadiyyatı şəraitində hansısa şirkət özünə işçi götürəndə onun mütləq öz soydaşlarımızdan olması kimi limit nəzərdə tutulmur. Şirkət istədiyi şəxsi işə götürür və burda əsas seçim millətindən asılı olmayaraq professionallıq prinsipidir. Ancaq əcnəbilərin yerli işçilərin yerini tutması məsələsi qanunvericiliklə, ayrı-ayrı strukturların əsasnaməsində bu prosesə uyğun müddəalarla tənzimlənməlidir:

“Ölkənin bəzi iş sektorlarında əcnəbi vətəndaşların çalışması artan xətlə gedir. Çünki onlar işə götürüldükləri şirkətlərin diqtəsini qeyd-şərtsiz yerinə yetirirlər. Bizim öz vətəndaşlarımız bunu etmir, onlar bir qədər ərköyündürlər və ondan tələb olunanın hamısını etmək istəmir. Bütün bunlar servislə əlaqəli olan məsələlərdir. Misal üçün, hotel biznesində çalışanlar bütövlükdə şirkətin diqtəsini yerinə yetirirlər. Yəni müştəri nə deyirsə, olmalıdır və ”müştəri həmişə haqlıdır” prinsipi öndə olur. Bizim mentalitetdə isə bunu qəbul etmirlər. Nəticədə soydaşlarımızın çalışmadığı bəzi sektorlarda əcnəbilərin çoxluğu özünü göstərir. Ona görə də bu iş rəsmi şəkildə tənzimlənməlidir”.

Nigar