Azərbaycan Suriyada ərəb koalisiyasına qoşulsa…

suriya-orduİlham İsmayıl: «Azərbaycanın ərəb koalisiyasına qoşulması əlavə suallar yaradacaq»

Hikmət Hacızadə: «Rusiyanın ciddi etirazı olacaqsa, Azərbaycanın ərəb koalisiyasına qoşulması real olmayacaq»

Azərbaycanın xarici siyasət vektorunu son bir neçə ildir ki, Rusiya diqqətlə izləyir. Putinin yürütdüyü aqressiv xarici siyasət kursu Azərbaycanı xarici siyasətlə bağlı qərar verərkən ehtiyatlı olmağa vadar edir. Bu baxımdan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ölkəmizdə səfərdə olmuş türkiyəli həmkarı Mövlud Çavuçoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında söylədiyi bəzi fikirlər maraq doğurur.

E.Məmmədyarov bildirib ki, Azərbaycanın ÿIslam koalisiyasınaÿ qoşulması barədə hələlik qərar qəbul olunmayıb.ÿXIN rəhbəri vurğulayıb ki, terrorla mübarizə genişmiqyaslı məsələdir: “Koalisiyaya qoşulmaq üçün təklif almışıq. Qərar hələ qəbul olunmayıb. Azərbaycanın koalisiyada hansı şəkildə iştirak edə biləcəyini müzakirə edirik”.

Bəs, Azərbaycanın belə bir addım atması bu koalisiyanın əleyhdarı olan Rusiya və Iran tərəfindən necə qarşılanacaq?

Artıq E.Məmmədyarovun bəyanatına Rusiyadan münasibət gəlib. “Islam koalisiyasınaÿqoşulmaq haqqında qərar vermək Azərbaycanın suveren hüququdur”. Bunu Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.  “Bu, Azərbaycanın suveren hüququdur. Azərbaycan dövlətinin səlahiyyətində olan məsələdir. O ki qaldı Rusiyanın yeni yaradılan koalisiyalara münasibətinə, deyə bilərəm ki, bu günə kimi ABŞ-ın rəhbərlik etdiyi koalisiya mövcud olub. Yeni koalisiyanın yaradılması hansı ehtiyacdan irəli gəlir, məlum deyil. Yeni koalisiyanın yaradılması proses xatirinə prosesdir”.

ilham-ismayil

Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayılın fikrincə, Azərbaycanın bu koalisiyada iştirak etməsi üçün elə bir ciddi gücü yoxdur. “Azərbaycan onsuz da Suriyadakı anti-terror koalisiyasında iştirak edir. Amma ərəb koalisiyasına qoşulma əlavə suallar yaradacaq. Əsədin hakimiyyətdən getməsi, Suriyanın gələcəyi ilə bağlı koalisiyanın mövqeyi ilə Azərbaycanın siyasəti üst-üstə düşmür. Bunu Araz Əzimovun fikirləri də təsdiqlədi”.

hikmet-hacizade-yeni

Politoloq Hikmət Hacızadə isə hesab edir ki, Rusiyanın ciddi etirazı olacaqsa, Azərbaycanın ərəb koalisiyasına qoşulması real olmayacaq. “Araz Əzimov Suriya məsələsində tamamilə Rusiya mövqeyindən çıxış elədi. Bu bəyanat isə Türkiyənin qıcığına səbəb oldu. Indi isə Elmar Məmmədyarov tam başqa bəyanat verir. Bütün bunlar siyasətdəki qeyri-müəyyənliyin təzahürüdür”.

Xəyal