2016-cı ilin yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 4 milyard 11,2 milyon manatlıq və ya əvvəlki ilin yanvar ayına nisbətən 3,3 faiz az ümumi daxili məhsul istehsal edilmişdir. Bu barədə “Marja”ya Dövlət Statistika Komitəsindən bildirilib.
Bunun əsas səbəbi neft-qaz sənayesində, tikintidə, nəqliyyat sektorunda məhsul və xidmətlər istehsalının azalması olmuşdur.
Əlavə dəyərin 37,3 faizi sənayedə, 10,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,6 faizi tikinti, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2 faizi informasiya və rabitə, 20,0 faizi isə digər sahələrdə istehsal edilmişdir.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 faizini təşkil etmişdir.
Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 418,3 manata bərabər olmuşdur.
(marja)