Turqut Ər Türkiyə hökumətinə nələri tövsiyyə etdi?

turqut_er-musahibe“Azərbaycan xalqının rəyini bilmək istəyirsinizsə….”

Türkiyədəki terror olayı və Ərdoğanın Bakı səfəri bir mühüm məsələni gündəmdən çıxartdı, amma məsələ hələ xeyli müddət aktual olaraq qalacaq. Bu, Xarici İşlər nazirinin müavini Araz Əzimovun Suriya məsələsi ilə bağlı Avropa medyasına verdiyi açıqlama ilə baölıdır və faktiki olaraq, Azərbaycan dövlətinin mövqeyi kimi ifadə edilib. Araz Əzimov bildirmişdi ki, biz “Əsədi legitim prezident sayırıq və hesab edirik ki, bütün Suriya ərazisində vəziyyətə nəzarət etmək imkanı olan yeganə qüvvə Bəşər Əsəddir”. Bu tezis həm də onunla paralel verilmişdi ki, Əzimov “Biz Avropa Birliyinə daxil olmaq istəmirik”- söyləmişdi.

Təbii ki, hər iki açıqlama Azərbaycan hökumətinin mövqeyini ifadə edirdi və xüsusilə də Suriya məsələsi ilə bağlı mövqe Azərbaycanın strateji müttəfi olan Türkiyənin mövqeyini istisna etməklə yanaşı Rusiyanın rəsmi mövqeyi ilə üst-üstə düşür. Görünür ki, indi Türkiyəni məşğul edən terror olayları arxa plana keçən kimi həmin söhbət yenidən dirildiləcək. İlham Əliyevin özünün “biz Türkiyənin yanındayıq” deməsi ilə onun hökumətinin səlahiyyətli şəxslərinin dili ilə “Biz Rusiyanın yanındayıq” açıqlamalarını verilməsi isə əslində ziddiyətli deyil. Çünki, Əliyevin avtoritar hökumətində fərqli mövqe ola bilməz və Rusiyanın istədiyi bəyanatların verilməsi də İlham Əliyevin özü ilə razılaşdırılan açıqlamalardır.

Bu məsələ ilə bağlı, Azərbaycanda yaxşı tanına və Azərbaycanı da yaxşı tanıyan sabiq diplomat, yazar Turqut Ərin maraqlı fikirləri var.

O, Araz Əzimovun açıqlaması ilə bağlı belə deyib: “Araz Əzimov Türkiyəni və türk xalqını, Türk dövlətinin milli siyasətini çox yaxşı bilən bir diplomatdır. Biz Araz Əzimovun durumunu başa düşürük və eyni zamanda onu da yaxşı bilirik ki, o, bir Azərbaycan məmurudur. Hesab edirəm ki, bu mövqe də Araz bəyin özünün fikri deyil, təmsil olunduğu siyasi hakimiyyətin mövqeyidir. Təəssüf ki, indi Azərbaycanda rus mentalitetli, rus inanclı, rus kültürlü, rus mənfəətini əsas götürən bir siyasi komanda hakimiyyətdədir və bu 1993- cü ildən belədir. Onlar Rusiyadan əmr gözləməzlər, çünki Rusiyanın kpnlündən nələrin keçdiyini yaxşı bilirlər və dərhal da onu icra edərlər. Bu günlərdə Türkiyənin baş naziri Kİyevdə belə bir açıqlama verdi ki, Azərbaycan torpaqları da rusların təhriki və bilavasitə yardımı ilə ermənilər tərəfindən işğal edilib, bu torpaqlar geri verilməlidir. Azərbaycan hakimiyyəti isə bunun müqabilində öz yüksək rütbəli məmurunun dili ilə Ərdoğana mesaj göndərir. Bu mesajla Ərdoğana onu çatdırılar ki, Bakıya gələcəksən, amma burada Rusiya əleyhinə açıqlamalar verməyəcəksən.

Bu durumla bağlı mənim 45 ildir Azərbaycanı idarə edən tiranlığa deyil, Türkiyəni idarə edənlərə matdırmaq istədiyim sözlər ola bilər. Onlara demək istəyirəm ki,Azərbaycan yalnız Əliyev xanədanından ibarət deyil və orada Türkiyəni sevən böyük bir xalq vardır. Bu xalqın ortaya qoyduğu bir iradə vardır, həmin iradə indi hər cür basqıya məruz qalsa da, o iradənin ifadəçiləri kimi ayaqda qalmağı bacaran siyasi partiyalar, ictimai quruluşlar var. Nə qədər ağır olsa da, inanılmaz dərəcədə çətin çərtlər altında fəaliyyətini davam etdirən müxalifət var və Türkiyə rəsmiləri Azərbaycan hakimiyyətinin rəsmi açıqlamalarının fərqinə varmaqla yanaşı Azərbaycan cəmiyyyətinin, ölkə xalqının rəyini də almalıdır. Türkiyə rəsmiləri Azərbaycan səfərləri əsnasında mütləq xalqın gerçək təmsilçisi olan həmin siyasi liderlərlə görüşməlidirlər.

Bu cür kritik zamanlarda Azərbaycan hakimiyyətinin mövqeyi Azərbaycanın xalqının mövqeyi kimi tanına bilməz. Araz Əzimova gəlincə, mən onu ittiham etməyin tərəfdarı deyiləm. Ona nə tapşırırlar, o da onu söyləyir.

Azadliq.info