Türkiyə ilə Rusiyanın dövlət bankı arasında borc qalmaqalı

deniz bankTürkiyənin vergi orqanları səhmlərinin 99,85%-i Rusiyanın Sberbankı-na məxsus olan Denizbanka-a vergi iddiası irəli sürüblər.

Həmin vergi borcu DenizBank hələ Belçika-Fransa ortaq şirkəti Dexia-ya məxsus olarkən yaranıb. Sberbank rəsmiləri vergi məsələsi ilə bağlı Dexia qrupuna bildiriş göndərdiklərini bildirib.

Türkiyə ilə Rusiya arasında münasibətlər gərginləşdikdən Moskva 4 türk bankının ölkədəki törəmələrinə qarşı sanksiyalar tətbiq etmişdi. Lakin Sberbank sədri German Qref Denizbank-a qarşı sanksiya tətbiq etməsinin inandırıcı görünmədiyini deyib.

“Açığı bunu gözləmirəm. Öz iqtisadiyyatına zərbə vurmaq? Biz kifayət qədər böyük lokal bankıq”.

Sberbank 2012-ci ilin sentybarında Denizbank-ı Dexia şirkərtindən 2,79 milyard avroya almışdı. Türkiyənin 9-cu ən böyük bankı sayılan Denizbank 600 mindən artıq müştəri və 825 milyon dollardan artıq depozit göstəricisi ilə maliyyə bazarında önəmli paya sahibidir.

 

(modern.az)