Tanınmış hüquqşünas Aslan İsmayılov “Azadlıq” qəzetini bağlanmaq təhlükəsindən qurtarmaq üçün redaksiyaya maliyyə dəstəyi olmağa çağırıb. A.İsmayılov feysbuk səhifəsində yazıb:
“Zaman-zaman Azadlıq qəzetinin kollektivi ilə aramızda narazılıqlar olmasına baxmayaraq, onlara qarşı olan haqsızlığa susmağı şərin yanında durmaq sayıram. İllərdir orada çalışan əməkdaşlar mümkün olduğu qədər haqqın yanında olublar, maddi çətinliklərinə baxmayaraq hansısa oliqarxın maraqlarına qulluq etməkdən imtina ediblər. On illər ərzində təmənnasız daim əzilənləri müdafiə ediblər. Bu günlər onlara qarşı yaradılan əngəl isə heç bir əndazəyə sığmır. Hakimiyyətə məxsus “Qasid” firmasından halal haqları olan 70 min manat borclarını ala bilmədiklərindən hakimiyyətə məxsus nəşriyyata 18 min manat ödəyə bilmədiklərindən qəzetin çapının dayandırılması təhlükəsi var. Bu əngəlləri törədənlərə ayıbdır deyib, <<The İnternational Bank of Azerbaijan, Sabail branch Branch code – 805056 SWIFT code – IBAZAZ2X Private account – AZ11IBAZ33882018403146388209 Amirov Faiq Samidxan USD>> hesabına ianə ayırmanızı xahiş edirəm”.