Rusiyada 161 milyard dollar “buxarlandı”

dollarRusiyada, neftin qiymətinin aşağı düşməsi ölkə ehtiyatlarını əritməkdə davam edir. 2014-cü ildə 511,6 milyard dollar olan ehtiyatlar, iqtisadi böhranla bərabər 2015-ci ildə 386 milyard dollara, cari ilin əvvəlində isə 376 milyard dollara geriləyib.

Rusiyada həyəcan təbili getdikcə şiddətlənir. Rusiya Mərkəzi Bankının məlumatlarına görə, 2013-ci ildə 537 milyard dollar olan qızıl və valyuta ehtiyatları bu gün 376 milyard dollara qədər geriləyib. Beləliklə, ehtiyatların 161 milyard dolları “buxarlanıb”.

NEFT QİYMƏTLƏRİ PİS VURDU

“Moskovski Komsomolets” qəzeti Rusiyanın qızıl və valyuta ehtiyatlarında 2010-cu ildən bu yana baş verən dəyişikliyi yazıb.

2010-ci ildə 442 milyard dollar olan ehtiyatlar, neftin barrelinin qiymətinin 107 dollara çıxdığı 2013-cü ildə 537 milyard dollara qədər yüksəlib.

Ancaq sonra neft qiymətlərinin düşməsilə ehtiyatlar da azalmağa başlayıb.

2014-cü ildə 511,6 milyard dollar olan ehtiyatlar, iqtisadi böhranla bərabər 2015-ci ildə 386 milyard dollara, cari ilin əvvəlində isə 376 milyard dollara qədər geriləyib.