Qorbaçov Mixalkovu siyasətə qarışmamağa çağırdı

qorbacov 2x2Keçmiş SSSR-i prezidenti Mixail Qorbaçov Rusiya Kinomotoqrafiya İttifaqının rəhbəri Nikita Mixalkovu siyasətə qarışmamağa çağırıb.

Mixalkov bundan əvvəl Qorbaçov və keçmiş Rusiya prezidenti Boris Yelsinin siyasi fəaliyyətinin dövlət səviyyəsində cinayət kimi tanınmasına çağırıb.

Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Qorbaçov Mixalkovu sakitləşməyə çağırıb.

Qorbaçov və Yeltsini keçmiş SSSR-ni dağıtmaqda ittiham edən Mikhalkov onların siyasətini “real cinayət” adlandırıb.