Rusiya məhkəmələrində qalmaqallı qərar qəbul edilib. Fins.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Nijeqorod vilayətinin yerli məhkəməsi Pravoslav kilsəsinin yerli bölməsi olan yeparxiyaya icazə verib ki, podratçı şirkətə olan borcunu …dualarla ödəsin.
Bu şirkət yerli kilsədə qazanxananın tikintisi üçün layihə sənədləri hazırlayıb. Görüən işin ümumi məbləği 916 mirn rubl (və ya 12 min dollar) təşkil edirdi. Kilsə bu pulun ancaq yarısını qaytarmışdı. Vəziyyətlə razılaşmayan şirkət məhkəmədə görülən işin haqqını tələb edirdi.
Amma məhkəmədə tərəflər sülh razılaşması əldə ediblər. Razılığa görə, kilsə adı çəkilən şirkətə daha 200 min rubl ödəyəcək. Borcun qalan hissəsini isə «Allah qulları» İvan Mixayloviç Arsenyev və Sergey Aleksandroviç Lepustinin və onların ailələrinin sağlığı və uğurları üçün dualar oxumaqla qaytaracaqlar. Qeyd edək ki, bu şəxslər layihələndirici şirkətin rəhbərləridir.
Qərarın qəribə olmasına baxmayaraq tərəflər onu tamamilə ciddi surətdə icra edəcəklərini bildiriblər. Hətta Nijeqorodsk vilayətinin məhkəmə pristavları idarəsi bildirib ki, məhkəmə qərarının icrasına, yəni keşişlər tərəfindən duaların düzgün və vaxtında oxunmasına nəzarət etməyə hazırdır.