Ankarada 28 nəfərin həyatına son qoyan terror aktına görə məsuliyyəti “Kürdistan Azadlıq Qırğıları” qrupu öz üzərinə götürüb. Onlar bunun Ərdoğanın Türkiyənin cənub-şərgində apardığı siyasətə görə qisas olduğunu deyib və Türkiyəni yeni hücumlarla hədələyiblər. Bu barədə terror təşkilatının saytına istinadən Reuters məlumat yayıb.
Məlumata görə, partlayışı Vanda doğulan 26 yaşlı kişi törədib.
azadlıq.info