2016-ci ilin yanvarı ayı ərzində Azərbaycanda ümumilikdə 55 qida zəhərlənməsi hadisəsi baş verib.
Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, qida zəhərlənməsi nəticəsində 68 nəfər zərər çəkib.
Yanvar ayı ərzində 5 botulizm hadisəsi qeydə alınıb. Nəticədə 7 nəfər zərər çəkib. Zəhərlənmələr zamanı ölüm faktı qeydə alınmayıb.
Qeyd edək ki, zəhərlənmə halları əsasən evdə bağlanan xiyar, pomidor turşusundan istifadə zamanı yaranıb. (lent.az)
Ötən ay 68 nəfər qidadan zəhərlənib
•