Mingəçevirdə intihara cəhd olub

KurBu gün günorta saatlarında Müngəçevir şəhər bir nəfər özünü öldürmək istəyib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Mingəçevir şəhərində 1 nəfər intihar məqsədi ilə özünü körpüdən “Kür” çayına atması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:08-də başa çatıb.