Bu gün Mərkəzi Bankın (MB) növbəti valyuta hərracı keçirilib.
MB-dan verilən məlumata görə, tənzimləyici tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda iştirak edən 11 bank tərəfindən məcmu tələb 23,850 milyon dollar təşkil etdiyindən, sifarişlər 100% təmin olunub.