Dövlət əsaslı investitsiya qoyuluşlarını 3 milyard manat azaltdı

tikinti2016-cı il dövlət büdcəsinə düzəlişlər layihəsi dövlət əsaslı kapital qoyuluşlarının 15,6% – 3 mlrd. manata qədər azalmasını nəzərdə tutur. Bu barədə  parlamentdən məlumat verilib.

Xəbər verildiyi kimi, 2016-cı il dövlət büdcəsinə düzəlişlər layihəsi parlamentə təqdim olunub.

Layihəyə əsasən, dövlət əsaslı kapital qoyuluşları daha əvvəl təsdiq olunmuş 3 mlrd. 554,8 mln. manatdan 3 mlrd. manatadək azalacaq.

Nəticədə dövlət əsaslı kapital qoyuluşlarının xüsusi çəkisi cari il üçün dövlət büdcəsi xərclərinin 21,9%-dən 16,2%-dək azalacaq.

BÜDCƏ 18,5 MİLYARDA QƏDƏR ARTACAQ

Düzəlişlərə əsasən, 2016-cı il dövlət büdcəsinin gəlirləri 2 mlrd. 256 mln. manat və ya 15,5% – 16 mlrd. 822 mln. manata qədər, xərcləri 13,7% – 18 mlrd. 495 mln. manata qədər artacaq, kəsir 1 mlrd. 673 mln. manat təşkil edəcək.

Dövlət büdcəsinə edilən düzəlişlərdə neftin bir barelinin qiyməti 25 dollardan hesablanıb, baxmayaraq ki, dövlət büdcəsi neftin bir barelinin qiyməti 50 dollar olmaqla təsdiq edilmişdi.

 

(interfaks)