Təbii ki, “Azadlıq”ın hansı məhrumiyyətlərdən keçdiyi, hansı fədakarlıqlar hesabına dərc olunduğu oxuculara məlumdur. Çünki zaman-zaman üzləşdiyimiz problemləri tirajlamışıq, çətin günlərimizdə hökumətin yox, xalqın yardımına ehtiyac duymuşuq. Bizim üçün hər dəfə cəmiyyətə müraciət etmək, oxucudan kömək istəmək asan deyil. Amma bizim üz tutacağımız başqa ünvan da yoxdur. Bütün fəaliyyətimizi xalqın və dövlətin maraqları üzərində qurduğumuz üçün, çətinə düşəndə müraciət edəcəyimiz ünvan da xalqdır.
Əziz oxucu bilirsən ki, “Azadlıq” heç bir mətbuat orqanının üzərinə götürə bilməyəcəyi missiyanı yerinə yetirir. Qəzetin əməkdaşları maaş ala bilmir, YAP-çı deputat Mirkazım Kazımovun rəhbərlik etdiyi “Qasid” firması qəzetə olan 70 min manat borcunu ödəmir. Bizə yaradılmış maneələr nəticəsində qəzetin Nəşriyyata küllü miqdarda borcu yığılıb və bu borc qəzetin çapının dayandırılması ilə nəticələnə bilər.
“Azadlıq” ın qapadılması təkcə bir qrup adamın çalışdığı mətbu orqanın sıradan çıxması deyil, həm də vətəndaşın alternativ informasiyadan məhrum olmasıdır. “Azadlıq”ın sıradan çıxması haqqı tapdanmış minlərlə insanın üz tutacağı məkanın qapadılmasıdır. “Azadlıq” təkcə qəzetçiliklə məşğul olmayıb, həm də vətəndaşa həqiqət daşıyıb, kağız parçasında dəmir iradə nümayiş etdirib. Ona görə də hamımızın maraqları naminə “Azadlıq”ı qorumalıyıq. Biz yenə də oxucuya üz tuturuq, “Azadlıq”ın lazımlığını dərk edən insanlara müraciət edirik: Bu çətin gündə qəzeti tək qoymayın. Qəzetin sıradan çıxarılması üçün yaradılmış iqtisadi maneələrdən birlikdə çıxa bilərik.
Ümüd edirik ki, sadiq oxucu, azadlığın və “Azadlıq”ın dəyərini bilən həmvətənələrimiz bizi bu qeyri-bərabər döyüşdə tək buraxmayacaq.
Sonda bir daha xatırladırıq ki, Azərbaycan Nəşriyyatı “Azadlıq” qəzetinə bir həftə möhlət verib və bu müddət ərzində Nəşriyyata olan borc ödənməlidir. Müqəddəs borcu sona qədər yerinə yetirə bilməyimiz üçün maddi borcumuzu ödəmək məcburiyyətindəyik.
Siz təqdim etdiyimiz hesaba ianə köçürməklə, yaxud “Azadlıq”ın hər gün bir yox, bir neçə nüsxəsini almaqla, qəzetə abunə yazılmaqla qarşımızda duran bu çətin maneəni aşmağa misilsiz kömək edə bilərsiniz. Köməyinizi əsirgəməyin.
Azərbaycan manatı hesabı
The İnternational Bank of Azerbaijan, Sabail branch
Branch code – 805056
SWIFT code – IBAZAZ2X
VOEN – 9900001881
COR/ACC – AZ03NABZ01350100000000002944
AZADLIQ qəzeti, AZN hesab – AZ28IBAZ38090019449748202209
VOEN – 1300512961
***
ABŞ dolları hesabı
The İnternational Bank of Azerbaijan, Sabail branch
Branch code – 805056
SWIFT code – IBAZAZ2X
Private account – AZ11IBAZ33882018403146388209
Amirov Faiq Samidxan