Türkiyədə daha bir terror – 6 hərbçi həlak oldu

terror-diyarbakirFevralın 18-i səhər saatlarında Türkiyədə daha bir terror törədilib. Hadisə Diyarbəkirdə baş verib.

Diyarbəkir-Bingöl magistralında minaaxtaran hərbçilərin olduğu zirehli maşın partladılıb. PKK-nın yola basdırdığı mina zirehli maşın oradan keçərkən işə salınıb. Partlayış nəticəsində 6 hərbçi həlak olub, 1-i isə yaralanıb. Yaralı tibbi helikopterlə Diyarbəkir Hərbi Xəstəxanasına aparılıb.

Partlayışın təsirindən yolda böyük çuxur əmələ gəlib. Magistral nəqliyyatın hərəkətinə bağlanıb.