Rusiyanın 880 milyardlıq antiböhran planı

rusiyaRusiya antiböhran planına təxminən 880 mlrd. rubl (17,7 mlrd. manat) xərc çəkəcək. “İnterfax” agentliyi xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.

Xatırladaq ki, yanvarın 28-də A. Ulyukayev bildirib ki, antiböhran planı 750 mlrd. rubl (təxminən 15,1 mlrd. manat) xərc tələb edir.

Sənədin yekun variantı fevralın 29-u baş nazirin birinci müavini İqor Şuvalova təqdim olunmalıdır (APA).