Moody’s: Rusiya ÜDM-i 2,5% azalacaq

moodysMoody’s beynəlxalq reytinq agentliyi Rusiyanın ümumi daxili məhsuluna (ÜDM) dair proqnozuna yenidən baxaraq ÜDM-in 2,5% azalacağını bildirib.
Bundan əvvəl ekspertlər Rusiyada ÜDM-in 1% azalacağını zənn edirdilər.
Agentliyin məlumatında göstərilib ki, proqnozun yenidən nəzərdən keçirilməsinin səbəbi neftin qiymətinin düşməsi, Rusiyada vergi siyasətinin sərtləşdirilməsi və büdcə xərclərinin ixtisarı ilə bağlıdır.
Rusiya İqtisadi İnkişaf Nazirliyi də 2016-cı ilə ÜDM-in proqnozunda 0,7%-dək artımı 0,8%-dək geriləmə ilə əvəzləyib.
Nazirlik bildirib ki, neftin qiyməti bir barrel üçün 40 dollar olacağı təqdirdə, bu il Rusiya büdcəsinin kəsiri 2,36 trilyon rubl və ya ÜDM-in 3%-i təşkil edə bilər.
Neftin bir barrelinin 25 dollar həddində olacağı halda isə, büdcə kəsiri ÜDM-in 7,5% səviyyəsinədək qalxa bilər. (BBC azeri)