Gömrük 450 baş tutuquşu gətirəni saxlayıb

tutuqushuFevralın 17-də bəzi kütləvi informasiya vasitələri Rusiya mənbələrinə istinadla məlumat yayıb ki, Azərbaycandan Rusiyaya 380 ədəd tutuquşu keçirilib və quşlar Rusiya gömrük xidmətinin “Yaraq-Qazmalar” gömrük keçid məntəqəsində saxlanılıb. Bununla bağlı Azərbaycan Dövlət Gömrük Komitəsi bildirir ki, tutuquşular Rusiya ərazisində yox, Azərbaycan gömrükçüləri tərəfindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycan vətəndaşı Vəliyev Mübariz Əsgər oğlundan aşkar olunub. Tutuquşuların sayı isə 380 ədəd yox, 450 baş olub. Mübariz Vəliyev həmin quşları Rusiyadan Azərbaycana gətirirmiş. Faktla bağlı araşdırma aparılır.