Cəlilabad Rayon İcra Hakimiyyətinin binası qarşısında yaranmış instidetdə görə həbs olunanlar var. Azadliq.info-ya bu barədə dünən saxlanan yetkinlik yaşına çatmamış Allahverdi Əliyev məlumat verib. Onun dediyinə görə, İcra Hakimiyyətinin önündə onlara zorakılıq edilib. Buna baxmayaraq atası Füzuli Əliyeva və əmisi oğlu Rüstəm Əliyev dünən məhkəmə qarşısına çıxarılaraq hər biri barəsində 7 sutka inzibati həbs cəzası verilib. Hadisə zamanı özünə xəsarət yetirmiş Tərlan Əliyev isə hazırda Cəlilabad Mərkəzi rayon xəstəxanasında müalicə olunur. Allahverdi əliyevin bildirdiyinə görə, Tərlan hazırda polis nəzarətində saxlanılır.
Xatırladdaq ki, fevralın 17-də Cəlilabad Rayonu İcra Hakimiyyətinin inzibati binası önündə Alar kənd sakini Tərlan Əliyev özünə bıçaqla xəsarət yetirmişdi. Onun əmisi Füzuli Əliyev və qardaşı Rüstəm Əliyev isə özlərini yandırmağa cəhd etmişdilər.