Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir. Bu gün daha iki qarşılaşma keçirilib. İtaliyada paytaxt Romanın eyniadlı komandası Madridin “Real” klubunu qəbul edib. Oyun qonaqların 2-0 hesablı qələbəsi ilə başa çatıb.
“Volfsburq” isə səfərdə Belçikanın “Gent” klubu ilə üz-üzə gəlib. Bu oyunda da qonaqlar 3-2 hesabı ilə qələbə qazanıb.
“Roma” (İtaliya) – “Real” (Madrid, İspaniya) – 0:2 (İkinci hissə)
Qol: Ronaldo, 57 (0:1), Xese 86 (0:2)
“Gent” (Belçika) – “Volfsburq” (Almaniya) – 2:3
Qollar: Draksler, 44 (0:1), 54 (0:2), Kruse, 60 (0:3), Kums, 80 (3:1), Koulibali, 89 (2:3)