“Azadlıq” bir həftə möhlət qazandı

azadliq_qezetiDünən Azərbaycan Nəşriyyatının rəhbərliyi “Azadlıq” qəzetinə məktub göndərərək qəzetin çapının dayandırılması ilə bağlı xəbərdarlıq etmişdi. Məktubda bunun səbəbi kimi qəzetin Nəşriyyata olan böyük məbləğdə borcu göstərilirdi.

Qəzet rəhbərliyinin bu gün yayım firmaları ilə apardığı gərgin iş nəticəsində onların qəzetə olan borcunun bir hissəsi əldə olunub. Toplanmış vəsait dərhal Nəşriyyatın hesabına köçürülüb. Nəşriyyat ona olan borcun qismən ödənildiyini nəzərə alıb, qəzetin çapını davam etdirməyə razılaşıb. Bununla belə, Nəşriyyat rəhbərliyi qəzetə borcun qalan hissəsinin də ödənilməsi üçün bir həftə vaxt verib.