2016-cı ilin yeni dövlət büdcəsinin detalları məlum olub

nemet-eliyev1Hökumət büdcəni vergi və gömrük hesabına doldurmaq istəyir

Nemət Əliyev: «Amma ölkədəki vəziyyət nəzərə alınarsa, vergi və gömrükdən daxil olan vəsaitin artacağı gözlənilmir»

Milli Məclisin fevralın 23-də müzakirə edəcəyi 2016-cı ilin yeni dövlət büdcəsi layihəsinin detalları məlum olub. Layihədə büdcənin gəlirlər hissəsi 2 milyard 256 milyon manat və yaxud 15,5% artırılaraq 16 milyard 822 milyon manata, xərclər hissəsi isə 2 milyard 231 milyon manat və yaxud 13,7% artırılaraq 18 milyard 495 milyon manata, büdcə kəsiri isə 25 milyon manat azaldılaraq 1 milyard 673 milyon manata çatdırılıb.

Gəlirlərin strukturunda Vergilər Nazirliyinin öhdəliyi 6,2% artımla 7 milyard 10 milyon manat, Dövlət Gömrük Komitəsinin öhdəliyi 13,8% artımla 1 milyard 810 milyon manat nəzərdə tutulub. Dövlət Neft Fondundan transfertlər isə 26,9% və yaxud 1 milyard 615 milyon manat artırılaraq 7 milyard 615 milyard manata çatdırılıb. Bu, büdcə gəlirlərinin 45,3%-i qədərdir. Digər gəlirlərin isə 13 milyon manat artırılması planlaşdırılır.

Xərclərin strukturuna gəlincə, sosial istiqamətdə ayırmalar 1 milyard 290 milyon manat artırılıb. Ümumiyyətlə isə, büdcə xərclərinin 65,5%-i cari xərclər, 24,9%-i kapital qoyuluşu xərcləri, 9,6%-i isə dövlət borcu ilə bağlı xərclərdir.

Yeni büdcənin layihəsində neftin 1 barrelinin qiyməti 2 dəfə azaldılaraq 25 dollara salınıb (Interfaks-Azərbaycan).

Büdcədə diqqət çəkən iki məqam var. Layihədə büdcənin gəlirlər hissəsi 2 milyard 256 milyon manat və yaxud 15,5% artırılaraq 16 milyard 822 milyon manata, xərclər hissəsi isə 2 milyard 231 milyon manat və yaxud 13,7% artırılaraq 18 milyard 495 milyon manata, büdcə kəsiri isə 25 milyon manat azaldılaraq 1 milyard 673 milyon manata çatdırılıb.

Gəlirlərin strukturunda Vergilər Nazirliyinin öhdəliyi 6,2% artımla 7 milyard 10 milyon manat, Dövlət Gömrük Komitəsinin öhdəliyi 13,8% artımla 1 milyard 810 milyon manat nəzərdə tutulub. Amma ixracın kəskin azaldığı bir zamanda Gömrük Komitəsinin, sahibkarlıq obyektlərinin isə bağlanmasının sürətləndiyi bir vaxtda Vergilər Nazirliyinin üzərlərinə qoyulan vəzifənin öhdəsindən necə gələcəyi anlaşılan deyil. Onu da qeyd etmək yerinə düşər ki, vergilər naziri Fazil Məmmədov mətbuata açıqlamasında bəyan etmişdi ki, 2015-ci il üçün 6 milyard manatlıq vergi yığımlarının 970 milyon manatı geri qaytarılmalıdır. Bu isə o anlama gəlir ki, vergi müfəttişləri bu məbləği əhalidən zorla alıb.

Bəs, son büdcə layihəsi nə vəd edir? Büdcəyə yenidən baxmaq ehtiyacı yarana bilərmi?

“Geriləyən statistika”

Bəzi statistik rəqəmlərə diqqət edək. Ötən ay Azərbaycandan xam neft ixracı 2015-ci ilin ilk ayı ilə müqayisədə 48,57 faiz azalıb. Gömrük Komitəsinin 2016-cı ilin yanvar ayı üzrə hesabatında belə deyilir.

Hesabata görə,ÿilin ilk ayı ərzindəÿ neft məhsullarının ixracı üzrə azalma 48,63 faiz olub. Təbii qaz ixracı 43,5 faiz azalıb.

Meyvə-tərəvəz üzrə ixracda isə 2015-ci ilin birinci ayı ilə müqayisədə 9,62 faiz artım qeydə alınıb. Çay ixracı 80,39 faiz artıb.

Ötən ilin yanvar ayı ilə müqayisədə ixracda ən böyük artım pambıq-iplik məhsulu üzrə qeydə alınıb. Artım 345,74 faizdir. Qara metallar və onlardan hazırlanan məmulatların ixracı ötən ilin yanvarı ilə müqayisədə 203,37 faiz artıb.

Ötən ay ölkənin ixracının 83,30 faizini xam neft, 4,73 faizini neft məhsulları, 2,64 faizini təbii qaz təşkil edib.

Iqtisadçı Nemət Əliyev hesab edir ki, Vergilər Nazirliyi və Gömrük Komitəsi ilə büdcəyə daxilolmaların artırılmasının nəzərdə tutulması onu deməyə əsas verir ki, idxal rüsumlarının artırılması gözləniləndir. Ümumiyyətlə, ekspertin sözlərinə görə, bu formada büdcənin qəbulu idxal və ixrac əməliyyatlarının sərtləşdiriləcəyi anlamına gəlir: “Artıq yanvarın göstəriciləri əlimizdədir və idxalda kəskin azalma var. O zaman maraqlıdır, Gömrük Komitəsi bu qədər vəsaiti necə yığacaq? Sanki Gömrük Komitəsinin üzərinə qoyulur ki, nəyin bahasına olursa-olsun bu qədər maliyyə vəsaitlərini yığmaq lazımdır”.

N.Əliyev vurğuladı ki, əgər vergi orqanları tərəfindən yığımın artırılması nəzərdə tutulursa, deməli, vergilərin də artırılması baş verə bilər. Vergilərdə əsas ağırlığın əlavə dəyər və mənfəət vergisinin üzərinə düşdüyünü deyən N.Əliyev qeyd etdi ki, ƏDV ümumi dövriyyədən hesablandığı üçün görünür, hökumət qiymətlərin sürətlə bahalaşacağını gözləyir. Hökumət bahalaşmış dövriyyədən daha çox vergi yığmağı planlaşdırır. “Əslində hökumət bununla bahalaşmanın daha böyük həcmdə olacağının anonsunu edir. Amma ölkədəki vəziyyət nəzərə alınarsa, vergi və gömrükdən daxil olan vəsaitin artacağı gözlənilmir. Daxili istehsal göstəriciləri aşağıdır. Yalnız 2015-ci il ərzində daimi iş yerlərindən otuz minə yaxını itirilib. Iş yerləri itirilirsə, bu, gəlir vergisinin əhəmiyyətli dərəcədə azalacağından xəbər verir”, deyə N.Əliyev vurğuladı.

N.Əliyevin sözlərinə görə, büdcənin hazırlanmasında Neft Fondundan daxilolmaların bir qədər də artırılması narahat doğuran məqamdır. Çünki neftin qiymətinin bundan sonra artacağı yox, əksinə, daha da azalacağı gözlənilir. “Ona görə belə olan halda Neft Fondundan büdcəyə nəzərdə tutulan transfertləri təmin etmək çətin olacaq. Yox, yalnız Neft Fondunun büdcəsindən istifadə edərək büdcə qarşısında öhdəliyin yerinə yetirilməsi nəzərdə tuturlarsa, bu, növbəti devalvasiyanın baş verəcəyi anlamına gəlir”, deyə N.Əliyev vurğuladı.

Xəyal