Zümrüd Yağmurdan Nigar Köçərliyə dəstək

zumrud-yagmur-yeniTanınmış yazar Zümrüd Yağmur fevralın 16-da polis təzyiqinə məruz qalan Nigar Köçərliyə dəstək ifadə edib. Zümrüd Yağmur Facebook səhifəsində yazır:

Prezdentə düz məlumat vermirlər deyirsiniz. Budur, burdan düz olanı yazırıq və indi yazacağım yazının siyasətə heç bir aidiyyatı yoxdur.

Nigar Kocharlinin üzləşdiyi qanunsuzluğa niyə müvafiq orqanlar tərəfindən reaksiya verilmir?!

Bəlkə illərdir ədəbiyyatın və mütaliyənin təbliği ilə məşğul olan bu xanım da sizin üçün təhlükədir?!

Axı niyə bir oğurluq hadisəsindən ötürü, haqqını aramaq üçün Nigar Köçərli Prezident Aparatına müraciət etməlidir? Polis bölməsində bu işi adam kimi araşdırmaq və yoluna qoymaq olmazdımı?

Təbii, Nigar xanımın oğurluq deyib şikayət etdiyi məbləğ bu adamlara az görünə bilər. Amma axı hardan və necə anlasınlar ki, Nigar xanım onlar kimi rüşvət almır, heç kimsənin taleyi ilə oynayıb şərləmir, cibinə narkotik qoymur. O kitab satır. Bu ölkədə ən dəyərsiz və lazımsız olduğunu bildiyi halda israrala kitabı təbliq edir.
Sizin dəyərdən saldığınız dəyərələri və ədəbiyyatı, sənəti yenə də bir yerə gətirəcəyinə ümid edir.
Yoxsa bu da sizin hakimiyyətinizə təhlükədir?

Bəlkə də elə ən böyük düşmənlər onun kimi mədəniyyəti təbliğ edən insanlardır?!
Axı Oktay Əsədov demişdi ki, bizə Qərb təhsilli insanlar lazım deyil, gedib Avropada oxuyurlar, sonra da gəlib bizi bəyənmirlər. Axı sizi necə bəyənsinlər, bir ölkəni bu hala gətirən feodal zehniyyəti necə bəyənib təqdir etsinlər?… Bəyənmirlərsə də, bunun səbəbini özünüzdə axtarın.

Dünənə qədər bəlkə də həqiqəti hələ tam olaraq özünə yaxın buraxmayan bir xanım indi bilir ki, onun yaşadığı ölkədə nə baş verir.

Niyə israrla hər kəsi özü üzərinizə qaldırmaqdan bu qədər zövq alırsınız!?