Vidadi Zeynalovun həyatına təhlükə olduğu iddia edilir

vidadi zeynalovRYTN-in «qara qutu»su İlqar Əliyevin aqibətini yaşaya bilərmi?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdəki aparat rəhbəri Vidadi Zeynalov həbsi ilə barışa bilmir. Bu haqda müsavat.com-a məlumat verən mənbə bildirib ki, məsələ heç də daim komfort içində yaşayan, bahalı maşınlara, villalara öyrəşmiş V.Zeynalovun gözlənilməz həbsindən sonra məhbəs divarları arasına salınmasının yaratdığı diskomfortla məhdudlaşmır.

  1. Zeynalov 2004-cü ildən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib. Onun daha yüksək vəzifəyə təyinatında sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun rolu olub. Həbsdəki eks aparat rəhbəri ilə sabiq naziri MTN-in Tədris Mərkəzinin rəisi vəzifəsində çalışmış qardaşı Vahid Zeynalovun tanış etməsi haqda məlumatlar var. Bu əlaqələrə görə V.Zeynalov RYTN-də MTN çetesinin  adamı kimi tanınıb.

Hazırda E.Mahmudov həbsdə olmasa da, onun rəhbərliyi altında çalışmış 10-a yaxın general da daxil olmaqla, ümumilikdə 20 MTN-çi həbsdədir. Tutulanlara verilən ittihamlar sırasında qanunsuz dinləmə ittihamı da yer alıb. Belə məlumatlar da var ki, qanunsuz dinləmələr MTN-dəki xüsusi bölümün və RYTN-dəki MTN çetesinə əlaqəli şəxslərin köməkliyi ilə həyata keçirilib.

Bu baxımdan V.Zeynalovun böyük sirlərə malik olması ona “MTN işi”ndə həbs olunan qurumun Antiterror Mərkəzinin rəis müavini Ilqar Əliyevin taleyini yaşada bilər.

  1. Zeynalov nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməkdə ittiham olunur.

O, ötən ilin noyabrında Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunaraq barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bugünlərdə isə sabiq aparat rəhbərinin həbs müddəti daha 4 ay artırılıb.