Türkiyədə daha bir şəhər PKK-çılardan təmizlənir. Təhlükəsizlik qüvvələri İdil şəhərində terrorçuların qazdığı xəndəkləri qapatmaq üçün əməliyyat başladıb. Bundan əvvəl oxşar əməliyyat Sur və Cizrədə həyata keçirilmiş və hər iki qəsəbə PKK terrorçularından təmizlənmişdi.
İdildə əməliyyat fevralın 16-sı gecə saatlarında başlayıb. Şəhərin tabe olduğu Şırnak valiliyi əməliyyat müddətində sakinlərin küçəyə çıxmasına qadağa qoyub. Xəndək və barrikadaların olduğu məhəllələrə girən təhlükəsizlik qüvvələri ilə PKK-çılar arasında şiddətli atışma başlayıb. Əməliyyat çərçivəsində qəsəbəyə tanklar da yeridilib.
Aydın Taş, Ankara