SOCAR əməkdaşları itkin düşən neftçinin ailəsini təhqir edib. Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat yayıb.
“M.Qəhrəmanlı bunula bağlı sosial şəbəkə vasitəsi ilə SOCAR prezidentinə müraciət edib: “Hörmətli Rövnəq müəllim!
Fevral ayının 3-də 10-cu platformadakı qəzada həlak olan 3 övlad atasıTağıyev Fuad Tahir oğlunun xanımı Tağıyeva Humay sizin qəbulunuza düşmək üçün SOCAR-a gələrkən, şirkət işçiləri tərəfindən təhqirə məruz qalmışdır. Tabeliyinizdə olan vəzifəli şəxslərdən soruşun:
Hansı ixtiyarla xanıma deyirlər ki:
-Sən ərə gedəndə bilmirdin kimə ərə getmisən?
-O nə paltardı geyib,artistlik edirsən?
-və niyə xanımı polislə hədələyiblər?”