İranın Qərbə neft satması Azərbaycana sürprizlər vəd edir

nemet-eliyev1Nemət Əliyev: «Bundan sonra neftin bir az da ucuzlaşması ölkənin gəlirlərini azaldacaq, ixrac aşağı düşəcək»

Iran 5 il sonra yenidən Avropaya neft ixrac etməyə başlayıb. Artıq bir neçə Avropa tankeri neftlə təchiz olunub. “RT” telekanalının məlumatına görə, yaxın bir sutkada daha 3 tankerin neftlə yüklənəcəyi və Avropaya yola düşəcəyi gözlənilir.

Iranın Avropa ilə neft ticarəti Tehrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasından bir ay sonra mümkün olub. Neft nazirinin müaviniÿRükunəddin Cavadiÿhadisəni Iranın neft sənayesində “yeni səhifə” adlandırıb: “Avropaya ixrac olunacaq 4 milyon barel həcmində neftin 2 milyon bareli Fransanın ”Total” şirkəti üçün nəzərdə tutulur. 2 milyonu isəÿRusiya və Ispaniyada şirkətlər tərəfindən alınıb”.

Iran bir müddət əvvəl Fransanın “Total” şirkəti ilə neft ticarətinə dair müqavilə bağlamışdı. Razılaşmaya əsasən, Iran gün ərzində bu ölkəyə 160-180 min barel neft ixrac etməlidir.

Iran hökuməti mart ayının ortalarına qədər neft ixracının gün ərzində 1.5 milyon barelə çatdırılacağını deyib. Iki ay ərzində isə bu rəqəm 2 milyon barel təşkil edəcək.

Məlumdur ki, dünya bazarı neftlə kifayət qədər zəngindir. Iranın Avropaya neft çıxarması isə bu artıma təbii ki, təsir edəcək. Bu amilin qiymətlərə təsiri də şübhəsizdir. Azərbaycanın gəlirləri neftə bağlı olduğu üçün bu istiqamətdə baş verənlərin ölkəmizə birbaşa təsiri var.

Iqtisadçı-ekspert Nemət Əliyev Iranın böyük neft ixracatçısı olduğunu vurğulayaraq, onun neft bazarına daxil olmasının canlanma yaradacağını düşünür. Aydın olur ki, dünya bazarında neft hasilatının artıq olduğu, təklif edilən neftin həcminin böyük olduğu məqamda Iran kimi bir oyunçunun bazara əlavə mal çıxarması təkliflə tələb arasındakı nisbəti əhəmiyyətli dərəcədə təklifin xeyrinə dəyişdirib: “Dünya bazarında bu, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə səbəb olacaq. Deməli, büdcəsi, ölkənin maliyyə sistemi əsasən netfdən asılı olan ölkəmiz üçün bir sıra ”sürprizlər” meydana çıxacaq. Gəlirlərimiz əhəmiyyətli dərəcədə azalacaq, eyni zamanda, ixracın səviyyəsi də əhəmiyyətli dərəcədə aşağı düşəcək. Neftin qiymətinin aşağı düşməsi hesabına ölkəmizə xarici valyutanın axınında əhəmiyyətli azalma olacaq. Bu hesabla manatın növbəti dəfə ucuzlaşmasına olan təzyiqlər də artacaq. Yəni manatın növbəti devalvasiya prosesini bir az da sürətləndirəcək. Təbii ki, Azərbaycana xarici valyuta axını və gəlirlər azalacaqsa, bu, ölkənin qeyri-neft və tikinti sektoruna kapital qoyuluşu istiqamətindəki fəaliyyətə də əhəmiyyətli dərəcədə təsir edəcək. Belə olan halda, iş yerlərinin itirilməsi, işsizlik səviyyəsinin artması gündəmə gəlir”.

Nemət Əliyev ölkənin qeyri-neft sektorunun inkişaf zərurətinin daha da aktuallaşdırıldığını deyir və ümid yeri  kimi, bu istiqamətdə fəaliyyətin əsas olduğunu vurğulayır. Ekspertin fikrincə, bu istiqamətdə təcili və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi çox vacibdir.

Nigar