İran prezidenti Türkiyə ilə münasibətlərin gələcəyindən danışıb

hasan-ruhaniİran prezidenti Həsən Ruhani ölkəsinin Türkiyə ilə münasibətlərindən danışıb.  İran dövlətinin başçısı ölkənin Türkiyədəki səfiri təyin olunan Məhəmməd İbrahim Tahirianla görüşündə Türkiyə ilə iqtisadi, turizm və mədəniyyət sahələrində əlaqələrin inkişaf etdirilməli olduğunu bildirib.  “Qonşu ölkələrlə dostluq münasibətləri qurmaq rəsmi Tehranın siyasətinin təməlini təşkil edir. İran və Türkiyə arasında da münasibətlərin güclənməsi mühüm əhəmiyyət kəsb edir”, – İran prezidenti belə deyib.  Ruhani vurğulayıb ki, regionda problemlərin həlli və təhlükəsizliyin təmin olunması üçün birgə əməkdaşlıq vacibdir. (Virtualaz.org)