Hasilat səviyyəsinin dondurulması qiymətlərə ciddi təsir etməyəcək

goldman sacsABŞ-ın “Goldman Sachs” bankının proqnozlarına görə 15 ildə ilk dəfə OPEC və digər ölkələrin neft hasilatı səviyyəsinin dondurulması ilə bağlı əldə etdiyi razılıq “qara qızıl”ın qiymətlərinə ciddi təsir etməyəcək.

Buna səbəb Səudiyyə Ərəbistanı, Rusiya, Qətər və Venesuelanın birgə qərarına baxmayaraq, hələ də bazarda yüksək səviyyədə qeyri-müəyyənlik müşahidə olunur.

“Goldman Sachs”ın analitikləri hesab edir ki, verilən qərarın effektiv olması İran və İraqın neft hasilatından asılıdır.

 

(apa)