”Çudo-Peçka”da baş verənlərə Anar Cəlilov aydınlıq gətirdi

cudo pecka”Çudo-Peçka”da baş verənlərlə bağlı şirkətin təsisçisi Çingiz Cəlilovun oğlu, müğənni Röyanın keçmiş həyat yoldaşı Anar Cəlilov aydılıq gətirib. Anar Cəlilov yazır ki, son 5 ildə ”Bakery Operating Compani” MMC-nin idarəçiliyinə verilmiş ”Çudo-Peçka” mağazalar şəbəkəsi 15 fevral 2016-cı il də məhkəmənin qərarı ilə qanuni təsisçilərinə qaytarıldı.

”Çudo-Peçka” mağazalar şəbəkəsində ”Bakery Operating Compani” MMC-nin və direktor Azad Abdullayevin qaranlıq işləri səlahiyyətli şəxslər tərəfindən araşdırlmağa başlayıb. Nəticələr barədə məlumat veriləcək.

Qeyd edək ki, iki gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi mağazalar şəbəkəsinin baş ofisində əməliyyat keçirib və icraçı direktor Azad Abdullayevi saxlayıb.