bmt-ts

BMT TŞ-dən Türkiyəyə Suriya çağırışı

bmt-tsBMT Təhlükəsizlik Şurası Türkiyənin Suriya ərazisində PKK-nın bir qolu olan PYD silahlılarını artileriya atəşinə tutmasını pisləyib.

BMT TŞ daimi üzvlərdən Rusiyanın çağırışı ilə bu məsələni müzakirə etmək üçün Bakı vaxtı ilə fevralın 17-də gecə toplaşıb. TŞ üzvləri Türkiyəni Suriya ərazisini top atəşinə tutmağı dayandırmağa səsləyiblər.

BMT TŞ-na fevral ayı üçün sədrlik edən Venesuelanın nümayəndəsi toplantıdan sonra verdiyi açıqlamada deyib ki, daimi üzvlər Türkiyədən beynəlxalq hüquqa uyğun hərəkət etməyi istəyiblər. Nümayəndə bildirib ki, Suriya öz ərazisinə Türkiyənin zərbələr endirdiyi haqda BMT TŞ-yə məktub göndərib və TŞ üzvləri bu məktubdan çıxış ediblər.