2016-ci ilin Yanvar ayında Azərbaycan 547,3 milyon dollarlıq xam neft satıb.
“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neftin ixracından daxil olan vəsait 2015-ci ilin yanvar ayı ilə müqayisədə 2 dəfəyə yaxın azalıb. Ötən ilin Yanvar ayında Azərbaycandan 1 milyard 65 milyon dollarlıq, 2014-cü ilin Yanvar ayında isə 1 milyard 618 milyon dollarlıq xam neft ixrac edilmişdi.
Beləliklə, neftin qiymətinin yüksək olduğu 2014-cü ilin əvvəli ilə müqayisədə Azərbaycana xam neft satışından daxil olan vəsait ayda 1,1 milyard dollardan çox azalıb.
Yanvar ayında Azərbaycanın 657 milyon dollarlıq cəmi ixracının 83,3%-i xam neftin, 91%-i isə xam neft, qaz və neft məhsullarının payına düşüb.