Ucuz mənzillər banklara nə vəd edir?

menzil

Qadir İbrahimli: «Mənzil bazarında qiymətlər enən xətlə davam edəcək və banklar bu prosesdən ciddi itki görəcəklər»

Manatın iki devalvasiyasının kəskin təsir etdiyi sahələrdən biri də daşınmaz əmlak bazarıdır. Bazarda baş verən proseslərin mənzil tikintisinin tempinə göstərdiyi mənfi təsirlər nəticəsində yeni tikililərin reablitasiya və dövriyyə imkanları xeyli məhdudlaşıb.

Bazarda təklif hər ötən ay daha da aşağı düşür. Alıcılıq qabiliyyəti isə kəskin azalıb. Araşdırmalar göstərir ki, ipoteka kreditləri hesabına hazırda ən aktiv seqment təkrar mənzil bazarı olsa da, qiymət azalması daha çox bu seqmentdə qeydə alınır. Artıq daşınmaz əmlak bazarına dayanıqlı və gəlirli biznes sahəsi kimi baxanların sayı xeyli məhdudlaşıb.

Burada bir məqamı qeyd etmək lazımdır ki, daşınmaz əmlak bazırının başının üstünü alan qara buludlar bank sektoruna ciddi təsir edə bilər. Çünki banklardakı 22 milyardlıq kredit portfelinin böyük bir hissəsinin istehlak kreditləri təşkil etsə də, girov mənzillərə görə alınan kredirlər də az deyil. Ona görə mənzillərin hər ötən ay dəyər itirməsi bankların bu sahəyə qoyduğu vəsaiti risk altına atır. Çünki bir müddət sonra mənzilin bazardakı real qiyməti bankdakı girovdan bir neçə dəfə aşağı olanda kreditorlar sadəcə olaraq götürdükləri öhdəlikdən imtina edə bilərlər. Bu isə bankları xeyli sayda qaytarılmış mənzillərlə üz-üzə qoyacaq. Bu mənzillərin təkrarən bazara qaytarılması isə onsuz da aşağı olan qiymətləri bir qədər də sala bilər.

qadir2

Iqtisadçı Qadir Ibrahimli bildirdi ki, hazırda yaşanan böhran iqtisadiyyatın bütün sektorlarına təsir edir. Baş verənlərin fonunda bankların gəlirlərinin azalacağını deyən Q.Ibrahimli bildirdi ki, evlərin qiymətində ucuzlaşmanın davam edəcəyi gözləniləndir: “Daşınmaz əmlakla bağlı götürülən kreditlərin qaytarılmasında çətinlik yaranacaq. Bu da təbii tendensiyadır. Mənzil bazarında qiymətlər enən xətlə davam edəcək. Banklar da bu prosesdən ciddi itki görəcəklər”.

Xəyal