Rusiyadan spirtli içkilərin idxalı ikiqat azalıb

icki2015-ci ildə Rusiyadan Azərbaycana spirtli içkilərin idxalı iki dəfə azalıb. Bu barədə “Kommersant” qəzeti yazır.

Qəzet yazır ki, 2014-cü ildə şimal qonşumuz Azərbaycana 10,56 mln. dollarlıq spirtli içki ixrac etdiyi halda, ötən il bu göstərici 5,3 mln. dollar olub.

Ölkənin iti spirtli içki istehsalçıları qəzetə açıqlamasında bildirib ki, ixracın azalmasına səbəb manatın devalvasiyasıdır.

 

(apa)